İsrail Xarici İşlər Nazirliyi Boliviya hökumətinin Qəzza zolağında baş verən hadisələrə görə yəhudi dövləti ilə diplomatik əlaqələri kəsmək qərarından sonra Boliviyanı "terrorçuluğu dəstəkləməkdə və terrora təslim olmaqda" və İranı qınayıb.

Tezadlar.az xəbər verir ki, bu açıqlama ilə yəhudi dövlətinin Xarici İşlər Nazirliyinin mətbuat katibi Lior Hayat çıxış edib.

"Boliviya hökumətinin İsraillə diplomatik münasibətləri kəsmək qərarı terrorizmə və İrandakı Ayətullah rejiminə təslim olmaqdır. İsrail Boliviyanın terrora dəstəyini və onun İran rejiminə tabe olmasını pisləyir", – Hayat X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində yazıb.

İsrail Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb ki, Boliviya hökuməti bu addımı atmaqla 1400-dən çox israillini qətlə yetirən, uşaq, qadın, körpə və qoca da daxil olmaqla 240 nəfəri qaçıran HƏMAS terror təşkilatı ilə əl-ələ verir. Eyni zamanda, Hayat qeyd edib ki, “Boliviyada hakimiyyət dəyişikliyindən sonra ölkələr (İsrail və Boliviya) arasında münasibətlər mahiyyətdən məhrum olub”.

Çərşənbə axşamı Boliviya xarici işlər nazirinin müavini Freddi Mamani bildirib ki, Cənubi Amerika ölkəsinin hökuməti Qəzza zolağında etdiyi hərəkətlərə görə İsraillə diplomatik əlaqələri kəsir. Prezidentin naziri Marianela Pradanın dediyib ki, Boliviya İsrailin hərəkətlərini “insanlığa qarşı cinayət” hesab edir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN