Fransanın Ermənistana göndərdiyi “ACMAT Bastion” zirehli maşınlarının Ukraynaya tədarükü nəzərdə tutulubmuş.
Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, bu barədə Fransanın “Ouest France” nəşri yazıb. Kiyev isə həmin hərbi texnikanın zirehinin artilleriya və tank əleyhinə raketlərə qarşı zəif olmasını hesab edib.
Dünən Fransa zirehli hərbi texnikasının Gürcüstandan keçərək Ermənistana aparılması barədə xəbərlər yayılmışdı. Bildirilir ki, noyabrın 11-dən 12-nə keçən gecə Gürcüstanın Poti limanında Ermənistan ordusuna tədarük edilməsi nəzərdə tutulan, “ACMAT Bastion” markalı çoxməqsədli zirehli maşınlar və müxtəlif hərbi avadanlıqlar yüklənərək göndərilib.
Azərbaycan Xarici İşlər Nazirliyi isə bəyanat yayaraq Fransanın Ermənistana “ACMAT Bastion” markalı çoxməqsədli zirehli maşınlar və müxtəlif hərbi avadanlıqlar göndərməsini pisləyib.
Fransa hakimiyyəti isə həmin texnikaları Ermənistana göndərməkdə israrlıdır...
A.Məmmədli