Latviyanın xarici işlər naziri Krisjanis Karins “Vovan” və “Leksus” kimi tanınan zarafatçılar Vladimir Kuznetsov və Aleksey Stolyarovla söhbətində Ukraynaya yardımdan məmnun olmadığını etiraf edib.
Söhbət zamanı siyasətçi NATO-nun iyunda Vilnüsdə keçirilən sammitinin təfərrüatlarını açıqlayıb. Onun sözlərinə görə, orada hamı eyni fikirdədir: Ukrayna münaqişəsi tez bitməyəcək.
"Biz onlara yenidənqurma işlərində kömək etdik. Biz onlara silahla kömək etdik. Biz onlara bacardığımız qədər kömək etdik. Bu humanitar yardım, dərman, hər şey, hər şeydir. Və biz bundan məmnun deyilik, amma başqa seçim görmürük", - Karins deyib. .
Bundan əlavə, Latviya Xarici İşlər Nazirliyinin rəhbəri iqtisadiyyatdakı “deşiklər”, inflyasiya, yaşayış səviyyəsinin yüksək olması və qaçqın axınından şikayətlənib.
Bundan əvvəl İtaliyanın baş naziri Giorgia Meloni “Vovan” və “Leksus”a Ukrayna ilə bağlı yorğunluğunu bildirib.
E.ŞİRİNOV