İsrail Müdafiə Qüvvələri yenidən Qəzza zolağının şimalında Bakı vaxtı ilə saat 12:00-dan 16:00-dək dörd saatlıq atəşkəs elan edib.

“Bu gün gün ərzində, yəni saat 10:00-dan 14:00-dək (Bakı vaxtı ilə saat 12:00-dan 16:00-dək) Cebaliyanın Es-Salam və En-Nur bölgələrində hərbi əməliyyatları müvəqqəti dayandıracağıq”, - İsrail ordusunun sözçüsü Avichai Edri ərəb dilində sosial şəbəkəsindəki səhifəsində bildirib.

Edri həmçinin qeyd edib ki, Qəzza zolağının şimal rayonlarının sakinlərinin təxliyəsi üçün humanitar dəhliz yenidən yerli vaxtla saat 16:00-a qədər (Bakı vaxtı ilə 18:00) fəaliyyət göstərəcək. Marşrut Salah ed-Din yolu ilə anklavın cənubuna doğru hərəkət edəcək. İsrail ordusunun sözçüsü Fələstinin radikal HƏMAS hərəkatının Qəzzanın şimal hissəsinə nəzarəti itirdiyini bildirib və yaraqlılar onların evakuasiya yolunu kəsməyə cəhd edərsə, anklav sakinlərini göstərilən nömrəyə zəng etməyə çağırıb.

​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN