ABŞ Müdafiə Nazirliyi ard-arda altıncı ildir ki, auditdə uğursuzluğa düçar olub.

Tezadlar.az xəbər verir ki, bu barədə “Defence News” məlumat yayıb.

29 kiçik yoxlamadan yalnız yeddisi, keçən il olduğu kimi uğurlu hesab edilib.

Məlumat çatışmazlığı səbəbindən auditorlar sadəcə olaraq maliyyə hesabatlarını qiymətləndirə bilmirlər. Pentaqonun bütün aktivlərinin təxminən yarısı audit standartlarına cavab vermir.

Hərbi idarə bildirib ki, son auditdən sonra onlar 500 aşkar edilmiş problemi həll edə biliblər, lakin indiki audit artıq 2,5 min pozuntu aşkarlayıb.

ABŞ Müdafiə Nazirliyinin aktivləri 3,5 trilyon dollar dəyərində qiymətləndirilir, onlar bütün 50 ştatda və dünya üzrə 4,5 mindən çox obyektdə yerləşir.

​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN