ABŞ prezidenti Co Bayden tezliklə Qəzza zolağında hərbi əməliyyatların dayandırılması üçün vacib olan şərtləri açıqlayıb.
O, İsrail tərəfinə Qəzzanı işğal etməyin və saxlamaq niyyətində olduqlarını düşünmələrinini böyük səhv olduğunu çatdırdığını açıqlayıb..
Baydenin fikrincə, bu işə yaramayacaq.
Qeyd edək ki, ABŞ lideri bu barədə Kaliforniyanın San-Fransisko şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı (APEC) sammiti çərçivəsində Çin prezidenti Si Cinpinlə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.
Bayden diqqətə çatdırıb ki, İsrailin Qəzzada hərbi əməliyyatları HƏMAS İsrailə qarşı güc göstərə bilmədikdə sona çatacaq.
"HƏMAS artıq resurs və imkanlara malik olmadıqda İsrail əməliyyatları dayandırılacaq", - ABŞ prezidenti bildirib.
Baydenin sözlərinə görə, Yaxın Şərqdə sülhə nail olmağın yekun cavabı iki dövlətli həll yoludur.
“Mən israillilərə (İsrailin Baş naziri Benyamin Netanyahu və onun Müharibə Nazirləri kabineti) yeganə yekun cavabın iki dövlətli həll olduğunu açıqladım”, - deyə Bayden bildirib.
O, diqqətə çatdırıb ki, "Biz İsrailin HƏMAS-ın əvvəlki kimi davranışı ilə üzləşməyəcəyindən narahat olmadan danışa biləcəyimiz nöqtəyə çatmalıyıq".
Bayden bunun işləyəcəyini düşünmür.
ABŞ lideri vurğulayıb ki, növbəti addımlar ərəb dövlətləri və digər tərəflərlə müzakirə olunur...
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında HƏMAS terror qrupu tərəfindən Qəzza zolağından İsrailə raket hücumları başlayıb və silahlı qruplar ölkənin ərazisinə soxularaq polis idarəsini zəbt ediblər, mülki insanları girov götürüblər. Minlərlə insan həyatını itirib. İsraildə müharibə vəziyyəti elan olunub. İsrail HƏMAS-dan bütün girovları azad etməyi, silahı yerə qoyaraq təslim olmağı tələb edir.
JASMİN