İsrail ordusu Qəzza zolağının şimal hissəsində mövcud olan bütün hərbi sistemi məhv etməyə yaxındır.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Hertsi Halevi bildirib.

 "Biz Qəzza zolağının şimalında mövcud olan hərbi sistemi məhv etməyə çox yaxınıq. Bunu başa çatdıracağıq, hələ bir az işimiz var, amma buna güclü şəkildə yaxınlaşırıq", - o, anklav ərazisində hərbçilərlə söhbəti zamanı bəyan edib.

Məlumatı ordunun mətbuat xidməti yayıb.

 Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında HƏMAS terror qrupu tərəfindən Qəzza zolağından İsrailə raket hücumları başlayıb və silahlı qruplar ölkənin ərazisinə soxularaq polis idarəsini zəbt ediblər, mülki insanları girov götürüblər. Xeyli sayda insan həyatını itirib. İsraildə müharibə vəziyyəti elan olunub.  Daha sonra İsrail ordusu hərbi əməliyyatlara start verərək  Qəzza zolağına cavab zərbələri endirib.

İsrail HƏMAS-dan silahı yerə qoyaraq təslim olmağı tələb edir. 

Qeyd edək ki, bu gün ABŞ prezidenti Co Bayden müharibənin bitməsi üçün vacib olan şərti açıqlayıb. Onun sözlərinə görə, "HƏMAS artıq resurs və imkanlara malik olmadıqda İsrail əməliyyatları dayandıracaq".

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN