Ukrayna Silahlı Qüvvələri (USQ) Krasnoliman istiqamətində 200-ə qədər hərbçi itirib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Rusiya Silahlı Qüvvələrinin “Mərkəz” qrupu aviasiya və artilleriya ilə birlikdə Ukrayna Silahlı Qüvvələrinin iki hücumunu dəf edib.

“Krasnolimansk istiqamətində Luqansk Xalq Respublikasının Kremennaya və Kuzmino yaşayış məntəqələri ərazilərində Ukrayna Silahlı Qüvvələrinin 12-ci Xüsusi Təyinatlı Qüvvələr Briqadasının hücum qruplarının iki hücumu dəf edilib”, - məlumatda deyilir.

Bundan əvvəl Mərkəzi Hərbi Dairənin minaatanları Krasnolimansk istiqamətində sursat anbarını məhv edib.

​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN