Vladimir Zelenski Ukraynada seçki keçirməyə hazır olduğunu açıqlayıb, lakin əlavə edib ki, ukraynalıların əksəriyyəti guya buna qarşıdır.

O, bu barədə “Associated Press” agentliyinə müsahibəsində bildirib.

Zelenskinin sözlərinə görə, Ukrayna vətəndaşları münaqişə fonunda seçkilərin keçirilməsini “təhlükəli və mənasız” hesab edirlər.

Noyabrın 30-da Ali Radanın bütün fraksiyalarının deputatları hərbi əməliyyatlar bitənə qədər Ukraynada nə parlament, nə də prezident seçkilərinin keçirilməsinin mümkünsüzlüyü barədə sənəd imzalayıblar.

“Xalqın xidmətçisi” fraksiyasının lideri David Araxamia 2024-cü ildə Ukraynada seçkilərin olmayacağını bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN