Vaşinqton İranın dondurulmuş  6 milyard dollarının  “buzunu açmaqdan” imtina etdi.

ABŞ Nümayəndələr Palatası İrana məxsus 6 milyard dolların yenidən dondurulmasını təsdiqləyib.

Belə ki, Nümayəndələr Palatasının 307 üzvü bu qərarın lehinə, 119-u isə əleyhinə səs verib.

Dəqiqləşdirilib ki, qanun bu vəsaitlərin yerləşdirildiyi Qətər bankları ilə əməliyyatlarda iştirak edəcək istənilən maliyyə qurumuna qarşı sanksiyaların tətbiqini nəzərdə tutur.

Xatırladaq ki,  bir müddət əvvəl ABŞ-ın sorğusu əsasında  xarici banklarda İrana məxsus 7 milyard dollar həcmində dondurulmuş aktivlərinin özünə qaytarılması barədə qərar verilmişdi.

Lakin İsrail və Fələstin arasında müharibə alovlandıqdan sonra ABŞ-ın İrana olan münasibəti də dəyişdi.

ABŞ həmin  pulun İran tərəfindən  HƏMAS və Hizbullah kimi hərəkatlara dəstək üçün istifadə oluna biləcəyindən ehtiyatlanmağa başlayıb.

Və bu mənada,  analitiklər həmin qərarın  Tehranın bu vəsaitləri terrorizmi maliyyələşdirmək üçün istifadə edə biləcəyi ilə bağlı ABŞ-ın narahatlığından qaynaqlandığını düşünürlər...

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında HƏMAS qruplaşması tərəfindən Qəzza zolağından İsrailə raket hücumları başlayıb və silahlı qruplar ölkənin ərazisinə soxularaq polis idarəsini zəbt ediblər, mülki insanları girov götürüblər. 

Daha sonra İsrail Qəzzaya - HƏMAS qruplaşmasına qarşı hərbi əməliyyatlara başlayıb.

İsrail HƏMAS-ın silahı yerə qoyub, təslim olacağı günə qədər geri çəkilməyəcəyini bildirib. Lakin arada humanitar atəşkəs elan olunur və tərəflər girovları dəyişirlər...

Dünya Qəzzadakı müharibənin tez bir zamanda bitməsini gözləyir...

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN