İranda vətəndaşı İsrail kəşfiyyatı ilə əlaqəyə görə edam edilib.

Yerli məhkəmə orqanlarının məlumatına görə, təqsirləndirilən şəxslər məxfi məlumatları İsrailə ötürüblər.

İranda əvvəllər İsrailin xeyrinə casusluq etməkdə təqsirli bilinən şəxs edam edilib. Bu barədə İran mətbuatı yazır.

Edam Sistan və Bəlucistan əyalətində həyata keçirilib.

İran məhkəmə sistemi təqsirləndirilən şəxslərin “Mossad” da daxil olmaqla xarici casus xidmətləri ilə əlaqəli olduğu qənaətinə gəlib.

Onların məlumatına görə, edam edilən şəxs vasitəçilərin köməyi ilə gizli məlumatları toplayıb “Mossad”a ötürüb.

 Qeyd edək ki,  BMT-nin insan haqları Qurumu  İrandakı vəziyyətlə bağlı hesabatına görə, 2022-ci  ildə İran məhkəmələri  əvvəlki illə müqayisədə 75% ölüm hpkmü çıxarıb.

BMT-nin insan haqları üzrə xüsusi məruzəçisinin müavini Nada Əl-Naşifi  bildirib ki, İranda 2022-ci ildə 582 nəfər edam edilib və edam edilənlərin ümumi sayından 256-sı narkotiklə əlaqəli cinayətlərə görə olub.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN