Ötən gün Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində erməni snayperinin açdığı atəş nəticəsində yaralanan hərbi qulluqçumuz Pərviz Xəlilzadə Lənkəran Dövlət Universitetinin Tarix-coğrafiya müəllimliyi ixtisasının 2023-cü il məzunudur.

 TEZADLAR.AZ xəbər verir ki, bu barədə Lənkəran Dövlət Universitetinin mətbuat xidməti məlumat yayıb. 

 Respublika Neyrocərrahiyyə Xəstəxanasının Baş həkimi Elçin İbrahimov hərbi qulluçumuzun vəziyyəti ilə bağlı məlumat verib.

 Onun sözlərinə görə xəstə daxil olarkən onda ilkin olaraq müayinələr nəticəsində üçüncü boyun fəqərələri səviyyəsində, fəqərə sütununun boyun nahiyəsinin odlu silah yaralanması, kor güllə yarası aşkar olunub və ilkin təcili tədbir yardımlarından sonra xəstəyə sürətlənmiş formada təcili cərrahi əməliyyat aparılıb, həmin güllənin çıxarılması icra olunub.

 “Xəstə daxil olarkən vəziyyəti ağır idi, güllənin onurğa kanalının yan elementlərini zədələməsi nəticəsində xəstənin yuxarı ətrafında hərəkət zəifliyi, ağrılar qeyd olunurdu. Xəstəyə cərrahi əməliyyat aparıldı və əməliyyatdan sonra güllə çıxarıldı, hazırda vəziyyəti kafidir, müalicəsi davam etdirilir”, - deyə baş həkim bildirib. 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN