Böyük Britaniyanın keçmiş baş naziri Kiyevə səfərə gəlib.
Bu barədə Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko sosial şəbəkələrdə məlumat verib.
Bundan əvvəl KİV Kanada, İtaliya və Belçikanın baş nazirlərinin Ukrayna paytaxtına gəldiyi barədə məlumat yayıb.
"Boris Conson da Kiyevdədir", - deyə Qonçarenko qeyd edib.
Bundan əlavə, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Polşadan qatarla Kiyevə gəlib.
Qeyd olunur ki, fevralın 23-də Danimarkanın baş naziri Mette Frederiksen Lvova gəlib.
Xatırladaq ki, Conson mütəmadi olaraq Ukraynaya səfər edir. Belə ki, 2023-cü il yanvarın 22-də o, Kiyev vilayətinə səfər edib. Yaşayış məntəqələrinə səfəri zamanı onu rayonun rəhbəri Aleksey Kuleba müşayiət edib.
E.ŞİRİNOV