Fransa öz qoşunlarını Ukraynaya göndərmək niyyətində deyil.

Tezadlar.az xəbər verir ki, bunu Fransanın “İnter” radiosunun efirində respublikanın Xarici İşlər Nazirliyinin rəhbəri Stefan Sejournet deyib.

"Fransızlar Ukrayna üçün ölməyəcək, biz qoşun göndərməyəcəyik",- o deyib.

Fevralın 26-da Fransa prezidenti Emmanuel Makron bildirib ki, Parisdə 20-yə yaxın Qərb ölkəsinin nümayəndələrinin Rusiya Federasiyası ilə münaqişədə Ukraynaya gələcək dəstəyini müzakirə etdiyi görüşdə Qərb ölkələrinin quru qoşunlarının Ukraynaya mümkün göndərilməsi mövzusu qaldırılıb. Onun sözlərinə görə, iştirakçılar bu məsələdə konsensus əldə etməyiblər, lakin gələcəkdə belə bir ssenarinin olmasını da istisna etmək olmaz. Konfransdan sonra iştirakçı ölkələrin əksəriyyətinin nümayəndələri bəyan etdilər ki, onlar Ukraynaya qoşun yeritməyi planlaşdırmırlar və daha çox onların Rusiyaya qarşı hərbi əməliyyatlarda iştirakına qarşıdırlar.

​​​​​​​​​​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN