ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsindəki səhifəsində ABŞ-ın hazırkı prezidenti Co Baydeni ölkə tarixinin ən vicdansız və səriştəsiz prezidenti adlandırıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

“Unutmayın, o, ölkəmizin tarixində ən pis prezidentdir. O, ən səriştəsiz prezidentdir. O, ən vicdansız prezidentdir”, - Tramp videoda bildirib.

Bundan əvvəl Tramp bildirib ki, Amerikanın hazırkı lideri Co Baydenin problemləri onun yaşı ilə bağlı deyil. O, koqnitiv qabiliyyət testindən keçdi və bundan sonra Ağ Evin hazırkı rəhbəri Co Baydeni də eyni şeyi etməyə çağırdı. Sabiq prezident qeyd edib ki, özü də iki dəfə səhvsiz imtahan verib. Siyasətçi əmindir ki, bütün prezidentlər və bu posta namizədlər mütləq belə sınaqlardan keçməlidirlər.

​​​​​​​​​​​​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN