Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Avropa İttifaqı ölkələrinin səfirlərinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdən imtina etməsi ilə bağlı vəziyyəti şərh edib.

Tezadlar.az xəbər verir ki, bu barədə TASS yazır.

Onun fikrincə, belə bir addım fonunda Aİ diplomatik missiyalarının rəhbərləri Rusiyada “persona-non-qrata” elan edilməli və ölkədən çıxarılmalıdır.

Medvedev qeyd edib ki, diplomatik münasibətlərin səviyyəsini də aşağı salmaq lazımdır.

Xatırladaq ki, Lavrov diplomatlarla onların ölkədə qeyri-sistemli müxalifətin dəstəklənməsi ilə bağlı fəaliyyətini müzakirə etmək niyyətində idi.

Bundan əvvəl Aİ-nin Moskvadakı daimi nümayəndəliyi qurumun Rusiyaya inamını itirdiyinə görə nazirin dəvətini rədd etdiklərini bildirmişdi.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN