Rusiyanın fövqəladə hallar naziri, ordu generalı Yevgeni Ziniçev vəfat edib.

Rusiya FHN-nin yaydığı məlumata görə, nazir xidməti vəzifəsini yerinə yetirərkən ölüb.

Xatırladaq ki, o, Norilskdə keçirilən idarələrarası təlimlərdə bir insanın həyatını xilas edən zaman baş verən bədbəxt hadisə nəticəsində həlak olub.

Onu da qeyd edək ki, 55 yaşlı Y.Ziniçev 2018-ci ildə Rusiyanın fövqəladə hallar naziri təyin olunmuşdu.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN