Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin vaxtı hələlik məlum deyil.
Bu barədə RİA Novosti-yə Türkiyə liderinin ofisindən məlumat verilib.
Aprelin 2-də Türkiyə mətbuatı Rusiya liderinin bu ilin aprelində respublikaya səfərinin ehtimalı barədə yazıb.
“Bizim səfərin vaxtı ilə bağlı konkret məlumatımız yoxdur”, - ofisdən agentliyin müxbirinə cavab verilib. Martın 12-də Ərdoğan martın 31-də ölkədə keçiriləcək seçkilərdən sonra Putinin Türkiyəyə səfərinə ümid etdiyini bildirib.
Bu il fevralın sonunda Putin Ərdoğanla telefon danışığı aparıb və o, Türkiyə səfərini çox gecikdirməyəcəyinə söz verib. “Vedomosti” onu da yazıb ki, Putin inauqurasiyadan sonra ilk xarici səfərini Çinə edə bilər.
E.ŞİRİNOV