İranın ruhani lideri Ayətullah Əli Xamenei deyib ki, İsrail İranın Dəməşqdəki konsulluğuna hücumdan peşman olacaq.

Onun sözlərini yerli İRNA agentliyi sitat gətirir.

"Şər rejim cəsur adamlarımızın əli ilə cəzalandırılacaq. Biz onları (İsraili – RED.) bu cinayətə və buna bənzər başqalarına peşman edəcəyik", - Xamenei deyib.

Bundan əvvəl politoloq, RUDN Universitetinin Beynəlxalq İqtisadi Əlaqələr kafedrasının müəllimi Fərhad İbrahimov bildirmişdi ki, İsrail silahlı qüvvələrinin İranın Dəməşqdəki konsulluğuna hücumu İranı böyük müharibəyə cəlb etmək məqsədi daşıyır və bu, ölkəmiz üçün faydalı olacaq.

Öz növbəsində, İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədr müavini İbrahim Əzizi İsrailin endirdiyi zərbəni İran ərazisinə hücum hesab edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN