Amerika mətbuatında ABŞ hakimiyyətinin Rusiyaya Crocus City Hall-da terror aktı hazırlaması ilə bağlı xəbərdarlıq etdiyi barədə məlumatlar həqiqətə uyğun deyil.

Tezadlar.az bildirir ki, bu barədə TASS-a Rusiyanın səlahiyyətli agentliyindəki mənbə məlumat verib.

“Amerika KİV-lərinin, xüsusən də “The New York Times” və “The Washington Post”un ABŞ hakimiyyətinin Rusiya Federasiyasına “Krokus” kompleksində terror aktının hazırlanması ilə bağlı iki həftə öncədən xəbərdarlıq etdiyi barədə iddiaları həqiqətə uyğun deyil”, - həmsöhbət bildirib.

"Əvvəlcədən xəbər verildiyi kimi, ABŞ Rusiya Federasiyasına terror təhlükəsi barədə məlumat verib. Lakin bu məlumat ümumi xarakter daşıyırdı və yalnız insanların çox olduğu yerlərdə terror aktı törətmək ehtimalı ilə bağlı xəbərdarlıqlardan ibarət idi", - mənbə əlavə edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN