Paytaxtda ötən üç ay ərzində 384 yol-nəqliyyat hadisəsi baş verib...

***

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin paytaxt yollarında quraşdırılmış videomüşahidə kameralarının əhatə dairəsində ötən üç ay ərzində 384 yol-nəqliyyat hadisəsi baş verib. Müvafiq tədbirlərin görülməsi üçün Mərkəzin əməkdaşları aidiyyəti üzrə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYPİ) əməkdaşlarına dərhal məlumat veriblər.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, qeydə alınan qəzaların təhlili göstərib ki, yüksək sürət, ara məsafəsinə düzgün əməl edilməməsi, yol nişanlarının tələbinin pozulması və sürücü diqqətsizliyi yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olub. Qəzalar daha çox avtomobillərin intensiv hərəkət etdiyi mərkəzi küçə və prospektlərdə, Ziya Bünyadov, Heydər Əliyev, Babək, Tbilisi prospektlərində, Bakı-Sumqayıt, Aeroport, Sabunçu-Zabrat şoselərində, Üzeyir Hacıbəyli, Rəşid Behbudov, Mikayıl Müşfiq, 28 May və digər küçələrdə baş verib.

Qəzalar yollarda bir çox hallarda sıxlığın yaranmasına, digər nəqliyyat vasitələrinin sərbəst və fasiləsiz hərəkət etməsinə mane olub.

TEZADLAR.AZ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN