İran qüvvələri İsrailin yeni hücumuna saniyələr ərzində cavab verə bilir.

Tezadlar.az xəbər verir ki, bu barədə İRNA xəbər agentliyinə İranın xarici işlər nazirinin müavini Əli Baqiri Kani bildirib.

“İsrailin artıq on iki günü olmayacaq, onlar cavabı günlər və ya saatlarla deyil, saniyələrlə alacaqlar”, - diplomat bildirib.

Onun sözlərinə görə, İsrail Hərbi Hava Qüvvələrinin İranın Dəməşqdəki konsulluğuna zərbə endirməsi bir daha təkrarlanmamalı olan “strateji səhv” olub.

Daha sonra oxşar bəyanatla İran Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi briqada generalı Əbülfəzl Şəkərçi çıxış edib. O, İsrailin "daha aqressiv hərəkətləri" olacağı təqdirdə bundan daha ciddi cavab veriləcəyini deyib və BMT Nizamnaməsinin ölkə ərazisinə hücuma cavab verməyə imkan verən 51-ci maddəsinə işarə edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN