Aprelin 11-də Moskvanın mərkəzində üç yeniyetmə yoldan keçənə hücum edərək onu döyərək öldürüblər. Bu barədə paytaxtın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Tezadlar.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə Malı Zlatoustinski prospektində baş verib. Üç yeniyetmə 35 yaşlı kişini döyüb, sonra onun mobil telefonunu oğurlayıb. Zərərçəkmiş aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Hüquq-mühafizə orqanları tərəfindən “Qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan ölümə səbəb olma” və “Soyğunçuluq”  maddələri ilə cinayət işi açılıb.

“Cinayətdə iştirak edən şəxslərin 2006 və 2008-ci il təvəllüdlü üç yeniyetmə olduğu müəyyən edilib”, - İstintaq Komitəsindən bildirilib.

Gənclər artıq saxlanılıb. Onlar günahlarını yalnız qismən etiraf ediblər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN