İran Silahlı Qüvvələrinin Baş Qərargahı Rəisiyə məxsus helikopterin qəzaya uğraması ilə bağlı hesabat yayıb.

Tezadlar.az-ın məlumatına görə, İran Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, İran prezidenti İbrahim Rəisinin qəzaya uğramış helikopterində güllə izlərinə rast gəlinməyib.

Məlumatda bildirilir ki, helikopter nəzərdə tutulan marşrutu izləyib və trayektoriyasından kənara çıxmayıb. Qəzaya təxminən 1,5 dəqiqə qalmış pilot dövlət başçısını müşayiət edən daha iki helikopterin pilotları ilə əlaqə saxlaya bilib. Helikopter yalnız dağla toqquşduqdan sonra alovlanıb.

Baş Qərargah bildirib ki, fəlakətin təhlili üçün toplanmış digər sənədlərə baxılması üçün əlavə vaxt lazımdır. Təfərrüatlar ekspertlərin rəyindən sonra veriləcək.

Xatırladaq ki, Rəisi ilə bağlı faciənin qarşısını rus “Mişka”sı ala bilərdi. Qəzaya uğrayan helikopterin göyərtəsində İranın xarici işlər naziri olmamalı idi.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN