Macarıstan Aİ ölkələrinin Ukraynanın birliyə qoşulması ilə bağlı danışıqlara başlamağa imkan verəcək razılaşma əldə etməsinə mane olur.

Tezadlar.az bu barədə “Bloomberg”-ə istinadən xəbər verir.

“Macarıstan bu qərarı əngəlləməkdə davam etdi”, - nəşr yazır.

Mənbə qeyd edib ki, Budapeştə görə, bu, Ukraynadakı macar azlığını qorumaq üçün lazımdır.

Jurnalistlər danışıqlar çərçivəsi ilə bağlı qərarın mayın 29-da əldə olunmasını çətin hesab edirlər, lakin bunun iyunun 17-də Aİ liderlərinin qeyri-rəsmi görüşü zamanı qəbul oluna biləcəyini qeyd edirlər. Materialda qeyd edilir ki, hətta bu halda da danışıqlar illər çəkəcək.

Bundan əvvəl “Politico” qəzeti yazıb ki, Macarıstanın Avropa İttifaqından Ukraynaya hərbi yardım göstərməsi ilə bağlı mövqeyinə görə Aİ-də artan narazılıq var.

Mayın 27-də bildirildi ki, Avropa İttifaqı Macarıstanın birliyin Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə olunan gəlirləri Avropa Fondu vasitəsilə Kiyevə yönəltmək təşəbbüsünü əngəlləyəcəyindən qorxur.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN