Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Rəhbərlər Şurasının Tehranın BAEA ilə kifayət qədər əməkdaşlıq etmədiyi iddiası ilə bağlı qəbul etdiyi yeni qətnaməyə cavab olaraq İran Natanz və Fordo nüvə obyektlərində bir sıra tədbirlər görüb.
Tezadlar.az xəbər verir ki, bu barədə İranın Mehr agentliyi məlumat yayıb.
Məlumata görə, bu, üç Avropa ölkəsinin - Böyük Britaniya, Almaniya və Fransanın BAEA-nın Rəhbərlər Şurasına rəsmi Tehranın siyasiləşdirilmiş və qarşıdurmaya təhrikedici hesab etdiyi qətnamə layihəsini təqdim edən "düşmən hərəkətlərinə" cavabdır. İyunun 5-də qətnamə 20 lehinə, Rusiya və Çin əleyhinə səslə qəbul edilib. Mehr İranın bu nüvə obyektlərində konkret hansı addımlar atdığını dəqiqləşdirməyib. Məlumdur ki, Natanz və Fordodakı müəssisələr, digərləri ilə yanaşı, uranın zənginləşdirilməsi prosesində iştirak edirlər.
İyunun 3-də BAEA-nın baş direktoru Rafael Qrossi bildirib ki, agentlik İranın iki bəyan olunmamış nüvə obyektində (Natanz və Fordo obyektləri hesab edilmir) “antropogen mənşəli” uran izlərinin aşkarlanması ilə bağlı Tehrandan “mötəbər izahatlar” almayıb. Qrossinin bəyanatından sonra İngiltərə, Almaniya və Fransa BAEA-nın Rəhbərlər Şurasına baxılmaq üçün İranı uran izlərinin mənşəyini izah etməyə çağıran və agentlik müfəttişlərinin içəri buraxılmasını tələb edən qətnamə layihəsini təqdim ediblər.
İyunun 4-də İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami deyib ki, Rəhbərlər Şurası İran əleyhinə qətnamə qəbul edərsə, Tehran buna uyğun cavab verəcək. İran rəsmiləri dəfələrlə vurğulayır ki, BAEA “siyasiləşdirilmiş, nüvə proqramı ilə bağlı məsələlərin həllinə sırf texniki yanaşmadan çox” İslam Respublikasının nümayəndələri ilə agentlik arasında aparılan danışıqlarda əldə olunan razılaşmalar və uğurlar puça çıxır.
E.ŞİRİNOV