Dərbənddəki terror aktı nəticəsində alovlanan sinaqoqda əsas yanğın söndürülsə də, binanın yarısı tamamilə yanıb.

Tezadlar.az bildirir ki, bu barədə Rusiya Yəhudi İcmaları Federasiyasının İctimai Şurasının rəhbəri Borux Qorin Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, böyük yanğın alovları hələ də qalmaqdadır. Lakin yanğınsöndürənlər terrorçuların içəridə qalmasından qorxaraq oradan uzaqlaşdırılıb.

Sinaqoq 1914-cü ildə tikilib və 2010-cu ildə bərpa edilib. Orada Tövrat kitabçaları saxlanılıb. Görünür, yanıblar.

Dərbənddə 300-ə yaxın yəhudi yaşayır.

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN