Aİ Şurasının bəyanatında deyilir ki, Avropa İttifaqı Rusiyanı dəstəklədiyi üçün İrana qarşı tətbiq etdiyi sanksiyaları bir il müddətinə uzadıb. Brüssel də hesab edir ki, Tehran Yaxın Şərqdə sabitliyi pozmağa təhrik edir.

Sənəddə deyilir ki, İrana qarşı sanksiyalar Ukraynada xüsusi hərbi əməliyyatda Rusiyaya dəstək verdiyinə və Qırmızı dəniz regionunda və Yaxın Şərqdə “silahlı qruplara və milislərə dəstək verdiyinə” görə 2025-ci il iyulun 27-dək uzadılıb.

Bundan əvvəl İranın yeni prezidenti Məsud Pezeşkian seçildikdən sonra dünyaya müraciətində Moskvanın Tehranın dəyərli strateji müttəfiqi olduğunu bildirmişdi. O, ölkələr arasında əməkdaşlığı inkişaf etdirmək niyyətində olduğunu vurğulayıb. Pezeşkian onu da əmin edib ki, İran hakimiyyəti Rusiya və Ukrayna arasında sülhü təmin etməyə çalışır. O qeyd edib ki, bundan sonra da Moskva ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığa üstünlük verəcək, xüsusən BRİKS, ŞƏT və Avrasiya İqtisadi İttifaqı vasitəsilə.

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko “Valday” müzakirə klubunun sessiyasında deyib ki, İran Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlarda vasitəçi ola bilər. Onun sözlərinə görə, Tehran belə bir istək ifadə edərsə, Moskva onun namizədliyini nəzərdən keçirməyə hazırdır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN