Belqorod vilayətinin Şebekin məntəqəsində Ukraynadan açılan atəş nəticəsində gündə 9 nəfər yaralanıb, bir qadının vəziyyəti ağırdır.

Tezadlar.az bildirir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün Telegram kanalında məlumat verib.

“Şebekində vəziyyət son dərəcə çətin olaraq qalır. Son 24 saat ərzində 9 nəfər xəsarət alıb. Bir qadının vəziyyəti ağırdır, reanimasiyadadır. Hər kəs Belqorod xəstəxanalarındadır və ya ambulator yardım alıb və artıq evdədir", - qubernator deyib.

Qladkovun sözlərinə görə, Şebekində 8 yaşayış binası, 18 fərdi ev və 15 avtomobilə ziyan dəyib. Qubernator qeyd edib ki, bir ev tamamilə dağılıb, iki avtomobil yanıb.

Şənbə günü Qladkov sənaye müəssisəsinin ərazisinə, eləcə də Şebekindəki yaşayış binasına birbaşa mərmi düşdüyünü bildirib. Yeddi nəfər yaralanıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA