Paytaxt polisi 25 il əvvəl qətl törədən şəxsi saxlayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “MVD Media” Telegram kanalı məlumat yayıb.

1999-cu ildə Moskvanın cənubunda bir mənzildə zorakı ölüm əlamətləri olan qadın cəsədi tapıldı. Qətlin üstü açılmayıb, lakin cinayətkarın axtarışı davam etdirilib. Nəhayət, 2024-cü ilin yayında o, Moskva vilayətində tapılaraq saxlanılıb.

Hücum edənin hazırda 44 yaşı var. Belə ki, cinayəti törədən zaman onun 19 yaşı olub və o, bunu 2002-ci ildə dünyasını dəyişən əmisi oğlu ilə birgə törədib.

“Saxlanılan şəxs Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin Çertanovski rayonlararası istintaq şöbəsinə aparılıb və orada onun barəsində həbs qətimkan tədbiri seçilib”, - deyə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib.

Faktla bağlı “Qətl” maddəsi ilə cinayət işi başlanıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN