Parisdə keçirilən Olimpiya Oyunlarının açılış mərasimini tənqid edən italyan jurnalist Ancelo Culiano Rusiya vətəndaşlığını almaqla bağlı hələlik Rusiya səfirliyi ilə əlaqə saxlamayıb, lakin belə bir ehtimalı da istisna etmir.
Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Xatırladaq ki, bir müddət əvvəl Culiano X sosial şəbəkəsində mərasimi “bok şousu” adlandırıb və Rusiyadan sığınacaq istəyib. O qeyd edib ki, Fransa prezidenti Emmanuel Makron bu yolla ölkəsini aşağılayır.
“Bu hekayənin medal kimi iki üzü var. Bir tərəfdən, bu, qismən zarafatdır, amma eyni zamanda, mən bunu ciddi qəbul edirəm”, – jurnalist bildirib.
O əlavə edib ki, Rusiya Federasiyası indi həm Qlobal Cənubdan, həm də qlobalist elitanın avropalılara tətbiq etməyə çalışdığı şeylərdən narazı olan Qərbdəki mühafizəkar səssiz əksəriyyətdən ilham alır. Culiano əlavə edib ki, Qərbdə müstəqil jurnalistlərin vəziyyəti getdikcə çətinləşir: onlar qorunmur və getdikcə özünüsenzura ilə məşğul olmağa məcbur olurlar.
"Beləliklə, Rusiyaya köçmək mənim üçün söz azadlığını qoruyub saxlaya biləcəyim bir fürsətdir", - deyən o, hələlik belə bir müzakirəyə başlamadığını bildirib.
Jurnalist İtaliya hakimiyyətinə etibar etməyəcəklərini də bildirib. O, ölkəsini suveren dövlət hesab etmir və Romanın tamamilə Vaşinqtona tabe olduğuna əmindir.
E.ŞİRİNOV