Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmail Haniyənin dəfn mərasimi cümə günü, avqustun 2-də Dohada keçiriləcək.

Tezadlar.az xəbər verir ki, bu barədə təşkilatın Telegram kanalında yayılan məlumatda deyilir.

“Radiotochka NSN” Telegram kanalı yazır ki, daha əvvəl Haniyənin Tehranda öldürüldüyü məlum olub.

HƏMAS-ın qeyd edib ki, Siyasi Büro rəhbəri İsrailin onun iqamətgahına basqınından sonra dünyasını dəyişib. KİV-in məlumatına görə, Haniyə birbaşa raket zərbəsi nəticəsində həlak olub.

“İsmail Haniyə ilə rəsmi və məşhur vida mərasimi avqustun 1-də İranın paytaxtında keçiriləcək”, - Fələstin hərəkatı bildirib.

Bir gün sonra siyasətçinin cənazəsi Dohaya aparılacaq. Haniyənin cənazə namazı və dəfn mərasimi cümə günü Qətərin paytaxtında “əhalinin, Fələstin fraksiyalarının və ərəb və islam dövlətlərinin liderlərinin iştirakı ilə” keçiriləcək.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN