İranın BMT-dəki missiyası bildirib ki, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətlinə cavab veriləcək, qatilini peşman edəcəklər.

Tezadlar.az bildirir ki, “RİA Novosti” bu barədə İranın diplomatik missiyasının sosial şəbəkələrdəki mesajına istinadən xəbər verir.

Missiya qeyd edib ki, cavab “daha ​​sərt” xüsusi əməliyyatlar olacaq. Eyni zamanda, Tehranda Haniyənin qətlinə görə məsuliyyət İsrail və ABŞ-ın üzərinə qoyulub.

İranın BMT-dəki missiyası deyib: “Qətllə bağlı cavab həqiqətən də xüsusi əməliyyatlar olacaq – daha sərt və cinayətkarda dərin peşmanlıq hissi yaratmağa yönəlib”.

Bundan əvvəl İsmayıl Haniyə Tehrandakı iqamətgahına birbaşa raket zərbəsi nəticəsində həlak olub. Raketin haradan atıldığı hələ müəyyən edilməyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN