Ukrayna lideri Vladimir Zelenskinin vaxtı daralır.

Tezadlar.az xəbər verir ki, bu sözləri alman iş adamı və ən böyük fayl hostinqi Megaupload xidmətinin keçmiş sahibi Kim Dotcom X sosial şəbəkəsindəki səhifəsində bildirib.

"Zelenskinin vaxtı tükənir", - deyə o, dəqiq nə demək istədiyini açıqlamayıb.

Bildirilib ki, Zelenskinin səlahiyyət müddəti mayın 20-də başa çatıb və Ukraynada yeni seçkilər hərbi vəziyyətə görə ləğv edilib.

Bundan əvvəl Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Ermak bəyan etmişdi ki, Ukrayna hakimiyyəti ərazi məsələlərində Rusiya ilə güzəştə getməyə hazırlaşmır. Onun sözlərinə görə, münaqişənin həlli yalnız respublikanın “ərazi bütövlüyünün” bərpası ilə mümkündür.

O, əlavə edib ki, Kiyev ilin sonuna qədər ikinci “sülh sammiti” keçirməyə hazırlaşır – bu, İsveçrədə baş tutan vəziyyətin Ukrayna modeli üzrə həlli ilə bağlı müzakirələrin davamıdır. Ermak qeyd edib ki, tədbirin təşkili hələ yerinə yetirilməmiş bir sıra şərtlərdən asılıdır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN