“Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Hacıqabul şəhəri Dədə Qorqud parkının ətrafında, Kürdəmir şəhəri H.Cavid küçəsində, Gəncəçayın Göygöl rayonundan keçən hissəsində, Beyləqan rayonu 1-ci Şahsevən kəndi, Balakən rayonu Qullar kəndi ərazisində, Həkəri çayının Zəngilan rayonundan keçən hissəsində, İmişli rayonunun 6 saylı, Masallı rayonunun Qəriblər, Sabirabad rayonunun Şirvan, Goranboy rayonunun Yeni Ağcakənd, Şabran rayonunun Dənizkənarı, Balakən rayonunun Kortala, Bərdə rayonunun Soltanbud 2 və Qəbələ rayonunun Bum meşə ərazilərində, Şahdağ Milli Parkının Şamaxı bölməsinin ətrafında iməciliklər keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşlarının, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin nümayəndələrinin və yerli sakinlərin iştirakı ilə keçirilən iməciliklər zamanı 4 tondan artıq tullantı yığılaraq ərazilərdən daşınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, “Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində keçirilən bu aksiyalar vətəndaşların məsuliyyət hissini artırmaq, onları tullantıların düzgün idarə edilməsinə və təbiətə qayğı göstərməyə təşviq etmək məqsədilə keçirilir.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN