Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları müxtəlif növ malların gömrük sərhədindən qanunsuz yolla keçirilməsinin qarşısını alıblar.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Tezadlar.az-a verilən məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı "Yaşıl kanal" vasitəsilə gömrük zonasını tərk edərkən “Qırmızı kanal”a yönləndirilərək əl və baqaj yüklərinə baxış keçirilib.
Yoxlama zamanı vətəndaşa məxsus çantadan gömrük orqanlarına bəyan edilməyən, 6 adda 134 ədəd dərman vasitələri, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 1800 ədəd siqaret, ümumi təqribi çəkisi 161 qram qızıl-zinət əşyaları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
R.XUDATQIZI