Ukrayna Silahlı Qüvvələri (USQ) Belqorod vilayətinə hücum edib. İkisi uşaq olmaqla 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Tezadlar.az bildirir ki, bu barədə vilayət qubernatoru Vyaçeslav Qladkov Telegram kanalında məlumat verib.

“Belqorodda, ilkin məlumata görə, ikisi uşaq olmaqla 8 mülki şəxs yaralanıb. Təcili yardım qrupları qurbanları Belqoroddakı tibb müəssisələrinə çatdırır. Mayski kəndində hava hücumundan müdafiə qüvvələrinin hava hücumunu dəf etdikdən sonra bir nəfər yaralanıb. Hadisə yerinə gələn təcili yardım briqadası başından qəlpə yarası alan şəxsə lazımi köməklik göstərib, lakin o, xəstəxanaya yerləşdirməkdən imtina edib”, - o yazır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN