Əməkdar artist Gülüstan Əliyeva şəhid həyat yoldaşı Zahid Əhmədovun məzarını ziyarət edib.

"TƏZADLAR" axşam.az-a istinadən xəbər verir ki, müğənni Birinci Qarabağ müharibəsində şəhid olan ərinin məzarının ermənilər tərəfindən dağıdıldığını bildirib:

"Bu gün böyük qələbəyə gedən yolun başladığı gündür. Düz 30 il əvvəl Birinci Qarabağ müharibəsində vətən, torpaq deyərək canını qurban edən Daxili İşlər Nazirliyinin zabiti, Cəbrayılımın igid oğlu Zahid Əhmədovun ruhu şaddır. Düşmən tərəfindən dağıdılmış müqəddəs ziyarətgahda məzarını tapdım. Əməyi keçən qardaşlarıma minnətdaram. Burada yatanların ruhu şad olsun. Allah şəhidlərimizə rəhmət eləsin".

Qeyd edək ki, Cəbrayıl rayonunda doğulub-böyümüş şəhid Zahid Əhmədov 1991-ci ildə Qarabağ müharibəsində şəhid olub. BDU-nun hüquq fakültəsinin məzunu olan Z.Əhmədov Cəbrayıl rayonu Polis İdarəsində əvvəlcə əməliyyat müvəkkili, sonra bölmə rəisi işləyib. 1991-ci ildə Cəbrayıl cəbhəsində minaya düşüb. Onun Rüfət adlı bir oğlu yadigar qalıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN