450-dən çox qeyri-hökumət təşkilatı “Xarici təsirin şəffaflığı haqqında” qanuna əsasən reyestrdə qeydiyyatdan keçib.
Tezadlar.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze brifinqdə deyib.
"450-dən çox qeyri-hökumət təşkilatı, yəni xarici maliyyə ilə işləyən təşkilatların əhəmiyyətli hissəsi Gürcüstanın Ədliyyə Nazirliyinə müraciət edib", - Kobaxidze brifinqdə deyib.
Baş nazir həmçinin qeyd edib ki, “QHT-lərin qeydiyyatı prosesi aktiv təzyiq və şantaj fonunda baş verib”.
Onun sözlərinə görə, “qeyri-hökumət təşkilatları həm QHT-lər, həm də ayrı-ayrı xarici donor təşkilatları tərəfindən təhdid və şantaj olunur”.
Kobaxidze həmçinin “Gürcüstan QHT-ləri üçün qrant proqramının yaradılması haqqında” qərarını açıqlayıb ki, bu proqram gürcü vergi ödəyicilərinin pulları hesabına tam şəkildə Gürcüstanın dövlət büdcəsindən maliyyələşdiriləcək yaxın iki ayda hazırlanacaq və ilk qrant layihələri 2025-ci il yanvarın 1-dən maliyyələşdiriləcək.
Qeyd edək ki, mayın 14-də Gürcüstan parlamenti üçüncü oxunuşda xarici təsirin şəffaflığı haqqında qanunu qəbul edib və bu qanun Avropa İttifaqı və ABŞ-ın sərt bəyanatlarına səbəb olub. Prezident Salome Zurabişvili mayın 18-də qanuna veto qoyub, lakin parlament bunu mayın 28-də ləğv edib. Qeyri-hökumət təşkilatları qanun qəbul ediləcəyi təqdirdə reyestrdə qeydiyyatdan keçməyəcəklərini dəfələrlə bəyan ediblər, çünki onlar xarici dövlətin maraqlarını təbliğ edən təşkilat adlandırılmasını ədalətli saymırlar.
Qanun maliyyəsinin 20%-dən çoxu xaricdən gələn qeyri-hökumət təşkilatlarına və mediaya şamil edilir. Onlardan hər ilin yanvar ayında Ədliyyə Nazirliyinə gəlir və xərclər haqqında bəyannamə təqdim etmələri tələb olunur. Əks halda, onları 25 min lari (9,2 min dollardan çox) məbləğində cərimə gözləyir. Cərimədən sonra bəyannamə təqdim edilməzsə, gecikdirilən hər ay üçün 20 min lari (7,3 min dollardan çox) tutulacaq. Təşkilatların reyestrdə qeydiyyatı avqustun 1-dən başlayıb, sentyabrın 3-də isə Ədliyyə Nazirliyinə könüllü ərizələrin verilməsi müddəti başa çatıb, bundan sonra idarə qeydiyyatdan yayınan təşkilatların monitorinqinə başlayıb. Bu mərhələdə sənədin əhatə etdiyi təşkilatlar reyestrdə qeydiyyatdan keçməli və 2023-cü il üçün maliyyə bəyannaməsini dərc etməlidirlər.
E.ŞİRİNOV