Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan və Bakı 13 maddə və sülh sazişi layihəsinin ön sözü ilə razılaşa biliblər, respublika razılaşdırılmış bəndləri imzalamağı təklif edir.

Tezadlar.az xəbər verir ki, onun sözlərini TASS sitat gətirib.

Ermənistanın baş naziri vurğulayıb ki, bu gün Cənubi Qafqazda sülh nəinki mümkün, həm də realdır.

“Sülh müqaviləsi layihəsinin 13 maddəsi və ön sözü tam razılaşdırılıb, 3 maddə qismən razılaşdırılıb, hərfi mənada iki cümlədən ibarətdir. Biz razılaşdırılmış maddələrin tezliklə imzalanmasını təklif edirik”, - Paşinyan bildirib.

Məlumata görə, iyunun 27-də Azərbaycan Xarici İşlər Nazirliyi sülh sazişi üzrə on birinci təkliflər paketini Ermənistana təhvil verib.

Eyni zamanda, Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Bakı ilə İrəvan arasında sazişin mətni 80-90 faiz razılaşdırılıb. Azərbaycan lideri vurğulayıb ki, dialoqun daha da inkişafı üçün erməni tərəfi layihədən Dağlıq Qarabağla bağlı olan müddəa və şərtləri çıxarmağa məcbur olub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN