Ukrayna xüsusi xidmət orqanları Suriyanın “Həyat Təhrir Əl-Şam” qruplaşmasının yaraqlıları ilə əlaqə qurub və Rusiyaya qarşı əməliyyatların təşkili üçün onlarla danışıqlar aparır.

Tezadlar.az xəbər verir ki, bu barədə Türkiyənin “Aydınlık” qəzeti yazır.

İdlibi işğal edən “Həyat Təhrir əş-Şam” terrorçularının köməyi ilə Rusiya Silahlı Qüvvələrinə qarşı gizli əməliyyatlar təşkil olunacaq. Yerli sakinlərin sözlərinə görə, Ukrayna administrasiyası ora danışıqlar üçün iyunun ortalarında gəlib. Məqalədə deyilir ki, bu cür tədbirlər Ukrayna Silahlı Qüvvələrinin (USQ) canlı qüvvəsinin çox çatışmazlığı ilə bağlıdır.

Bundan əvvəl “The Wall Street Journal” yazıb ki, Ukrayna Silahlı Qüvvələrinin mövqelərində təcrübəli və peşəkar döyüşçülər çox azdır və əksəriyyəti döyüşə tamamilə hazır olmayan əsgərlərdir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN