Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti respublikada pambıq tədarükü zamanı yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində silsilə maarifləndirmə tədbirləri keçirib.

FHN-in Mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, bu çərçivədə, Xidmətin əməkdaşları tərəfindən “Azərpambıq ASK” MMC-nin Şirvan Pambıq Emalı Zavodu filialında, “P-Aqro” MMC-nin Sabirabad rayonunun Qaralar kəndində yerləşən pambıq məntəqəsində və Neftçala filialında, “MKT İstehsalat Kommersiya” MMC-nin Salyan filialında və Sabirabad rayonunun Axtaçı Muğan kəndində yerləşən Pambıq Emalı Zavodunda yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərdə sözügedən müəssisələrin əməkdaşları iştirak edib.

“Pambıq tədarükü və emalı zamanı yanğın təhlükəsizliyi tələbləri” mövzusunda keçirilən tədbirlərdə xam pambığın yığılmasına, daşınmasına və emalına cəlb olunan kənd təsərrüfatı maşınlarının ilkin yanğın və qığılcımsöndürmə vasitələri ilə təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb. Həmçinin, tədbir iştirakçıları pambıq tarlalarının, pambıqqurutma meydançalarının ərazisində və yaxınlığında tonqal qalanmasının, açıq oddan istifadə edilməsinin, siqaret çəkilməsinin müvafiq normalara zidd olması barədə məlumatlandırılıb. Eyni zamanda, su mənbələrinə müvafiq yolların salınmasının, hovuzların yanında avtomobillərin manevr etməsi üçün meydançaların olmasının zəruriliyi də müəssisələrin səlahiyyətli şəxslərinin diqqətinə çatdırılıb.

R.XUDATQIZI

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN