F-16 qalıqlarının rusiyalı mütəxəssislər tərəfindən tədqiqi NATO təhlükəsizliyinə ciddi təhdidlər yaradır.

Tezadlar.az xəbər verir ki, bunu ABŞ Konqresinin keçmiş əməkdaşı və geosiyasi analitik Brandon Veyxert deyib.

“Əgər bu təyyarələr məhv edilərsə, ruslar yəqin ki, onların bəzilərinin qalıqlarını ələ keçirəcək və bütün texnoloji sirləri öyrənəcəklər”, - ekspert “The National Interest” üçün yazdığı məqalədə bildirib.

O xatırladıb ki, Ukrayna hərbçilərinə verilən F-16-lar yenilənmiş alyans texnologiyalarının köməyi ilə onların öz tapşırıqlarını daha yaxşı yerinə yetirmələri üçün modernləşdirilir. Bu texnologiyaları əldə edən Rusiya ordusu NATO üçün indikindən daha böyük təhlükəyə çevriləcək, - Veyxert bildirib.

Xatırladaq ki, avqustun sonunda Ukrayna Hərbi Hava Qüvvələri Qərb müttəfiqləri tərəfindən verilən ilk F-16-nı itirmişdi. İlkin məlumatlara görə, təyyarə Ukrayna raketi ilə vurulub və bu, ölkənin ali hərbi rəhbərliyində böyük qalmaqala səbəb olub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN