Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2022-ci ildə Ukrayna ilə bağlı danışıqların pozulmasında münaqişənin sülh yolu ilə həllində maraqlı olmayan müəyyən lobbilərin günahkar olduğunu bildirib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, Ankara Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün həmişə səy göstərib və göstərəcək, bu prosesdə İstanbulda aparılan danışıqlar mühüm rol oynayıb.

“Bəzi lobbilər bu səylərin öz məqsədlərinə çatmasını istəmədilər. İstənilən halda biz yeni dağıntılara yol vermədən müharibəni bitirmək üçün mümkün olan hər şeyi edirik və edəcəyik”, - deyə Ərdoğan izah edib.

Bundan əvvəl Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Dmitri Novikov demişdi ki, Ukraynanın 2022-ci ildə İstanbulda Rusiya ilə danışıqlardan imtina etməsi Kiyevin danışıqlar apara bilmədiyini göstərir.

O vurğulayıb ki, Qərb dövlətləri münaqişənin həllinə ehtiyac duymur və Ukrayna son illərdə bu vəzifə üçün yaradılmalı, yenidən formatlaşdırılmalı və gücləndirilməli olan tramplin kimi görünür.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN