Dünən yağan yağış Bakı küçələrində nəqliyyatın hərəkət etməsinə müəyyən çətinliklər yaradıb. İşdən çıxıb evinə tələsən vətəndaşlar saatlarla marşrut gözləməli olublar.

Metronun “Xalqlar dostluğu” stansiyasından Yeni Günəşliyə hərəkət edən 64 №-li marşrut axşam saat 18-dən 20-yə kimi demək olar ki, xətdə olmayıb. Nəticədə, metrodan çıxıb evinə tələsən onlarla sərnişin dayanacaqda, yağış altında marşrutu gözləmək məcburiyyətində qalıblar. Sərnişlər BNA-nin 141 qaynar xəttinə zəng edib nə baş verdiyini soruşublar. Nəqliyyat agentliyindən xəbər veriblər ki, məsələ aydınlaşdırılır.20-30 dəqiqə keçəndən sonra dayanacağa iki avtobus yaxınlaşıb. Sərnişinlər sürücüdən niyə belə gec gəlməsini soruşublar. Sürücülər gecikməni  Neftçilər dairəsindəki tıxacla əlaqələndiriblər. Sərnişinlər bu cavabla razılaşmayıb və arqument kimi də həmin dairədən keçib gələn 50 №-li marşrutun intensiv işləməsini gətiriblər. Yeni Günəşliyə gedən 50 №-li marşrut çox dəqiq, intensiv işləyir və buna səbəb bəlkə də marşrutda gediiş haqqının nağd pulla ödənilməsidir.

 Ümid edirik ki, Bakı Nəqliyyat Agentliyi bu problemin həll yollarını axtarıb tapacaq və sərnişinlərin rahat və tez bir zamanda evlərinə çatdırılmasına şərait yaradacaqlar.

Şakir QURBANOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN