Rusiya Silahlı Qüvvələri Kursk vilayətində bir neçə müdafiə eşalonu qurub.
Tezadlar.az xəbər verir ki, bunu TASS-a müsahibəsində “Axmat” xüsusi təyinatlılarının komandiri, general-mayor Apti Alaudinov deyib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri (USQ) anlayır ki, onlar bu eşelonlarla irəliləyə bilməyəcəklər. “Üstəlik, o, bizim dayandığımız ilk xəttimizi belə keçə bilməz”, - Alaudinov bildirib.
O əlavə edib ki, Kursk istiqamətinə daxil olmağa çalışan Ukrayna bölmələri böyük itki verir.
E.ŞİRİNOV