Ukrayna Müdafiə Nazirliyinin (MN) Baş Kəşfiyyat İdarəsi (BKİ) Rusiya Federasiyası Silahlı Qüvvələrinin (SQ) polkovniki Aleksey Kolomeytsev-in qətli barədə məlumat yayıb.
Tezadlar.az xəbər verir ki, məlumatı Ukraynanın “Strana” nəşri Telegram-da və bir sıra digər KİV-lərdə yayıb.
Kolomytsev Rusiya Müdafiə Nazirliyinin pilotsuz təyyarələr üzrə 924-cü dövlət mərkəzinə rəhbərlik edir.
RTVI Telegram kanalı bildirir ki, hərbçi Kolomnada ölü tapılıb.
Ukrayna kəşfiyyatının məlumatına görə, Kolomeytsev rusiyalı mütəxəssislərə dronların istifadəsi üzrə təlim keçib.
Rusiya tərəfi məlumatı şərh etməyib.
Bundan əvvəl Ukrayna Suriyada Hələb yaxınlığındakı Rusiya bazasına kəşfiyyatın hücumu barədə məlumat vermiş və müvafiq video yayımlamışdı. Lakin hücum hədəfinin yeri, vaxtı və həqiqiliyini təsdiqləmək mümkün olmayıb.
E.ŞİRİNOV