Əsir götürülən Ukrayna Silahlı Qüvvələrinin döyüşçüsü Ruslan Solovey ukraynalıları “üsyan etmək istəməyən” qul adlandırıb.
Tezadlar.az bildirir ki, TASS bu barədə Rusiya Müdafiə Nazirliyinin videoçarxına istinadən xəbər verir.
Döyüşçünün sözlərinə görə, o, Kursk vilayətinə göndəriləcəyini bilmirdi. Solovey Poltavada çağırış vərəqəsini təhvil verərək səfərbər edildiyinə aydınlıq gətirib. Sonra 35 gün müddətinə təlim bölməsinə göndərilib, bundan sonra özünü döyüş bölgəsində tapıb.
“Hər kəs bunun tez bitməsini istəyir. Belə çıxır ki, biz indi köləyik. Çünki heç kim istəmir, heç kim hökuməti devirmək istəmir. Tək məndən heç nə gəlməyəcək. Çox adam olsa, yaxşı olar”, - məhbus deyib.
Bundan əvvəl əsir düşmüş Ukrayna Silahlı Qüvvələrinin əsgəri Maksim Şevçenko döyüş meydanında yaranmış ağır vəziyyətlə əlaqədar ukraynalılara hər vasitə ilə xidmətdən yayınmağı tövsiyə etmişdi. Döyüşçü bildirib ki, Ukrayna Silahlı Qüvvələri komandanlığının hərbçilərə münasibətinə görə o, ilk gün qaçmaq istəyib.
Digər məhbus İvan Zolotorev daha əvvəl Ukrayna ordusu sıralarına səfərbərlik zamanı tibbi müayinədən danışıb. Onun sözlərinə görə, işə gedərkən MTK əməkdaşları ona yaxınlaşıb. O, dalana dirəndiyi üçün qaça bilməyib. Sonra cəmi 15 dəqiqə davam edən tibbi müayinə başlayıb.
E.ŞİRİNOV