Ukraynanın müdafiəçiləri paytaxtı təhdid edən Rusiyanın bütün dronlarını məhv ediblər.

Tezadlar.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi İdarəsi paylaşım edib.

Sentyabrda rus döyüşçüləri Kiyevə dördüncü dəfə havadan hücum ediblər - 30-a keçən gecə. İlkin məlumata görə, qarşı tərəf “Şahed” tipli hücum pilotsuz təyyarələrindən istifadə etdilər.

“Gecə saatlarında düşmənin pilotsuz təyyarələri müxtəlif istiqamətlərdən dalğalar şəklində gəldi”, - Kiyev şəhər hərbi idarəsi bildirib: “Paytaxtdakı hava hücumu xəbərdarlığı 5 saatdan çox davam etdi, Kiyevi təhdid edən bütün Rusiya hücum təyyarələri hava hücumundan müdafiə qüvvələri və vasitələri tərəfindən zərərsizləşdirildi”.

İlkin məlumata görə, Ukraynanın paytaxtına pilotsuz təyyarənin endirilməsi nəticəsində dağıntı və tələfat olmayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA