Ukraynanın “qələbə planı”nda Rusiya ərazisinin dərinliklərinə uzaqmənzilli silahlarla zərbələr endirilməsi bəndi var.

Sənədin təfərrüatlarını Ukrayna prezidenti Vladimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak açıqlayıb.

Tezadlar.az bu barədə “The Wall Street Journal” (WSJ) nəşrinə istinadən xəbər verir.

Rəsmi bildirib ki, “qələbə planı” Kiyev üçün hərbi, iqtisadi, siyasi və diplomatik addımları özündə əks etdirən müfəssəl strategiyanı ehtiva edir. Söhbət həm də ATACMS və Fırtına Kölgəsi də daxil olmaqla xeyli sayda uzaqmənzilli raketlərin tədarükü və onlarla Rusiyaya zərbə endirmək icazəsi tələbindən gedir, - deyə o, aydınlaşdırıb.

Bundan əlavə, Podolyakın fikrincə, Ukraynanın əlavə dəstəyi olmadan münaqişə illərlə uzanacaq və bu, Qərb ölkələrinin nüfuzunun aşağı düşməsinə gətirib çıxaracaq.

Oktyabrın 12-də Zelenskinin ofisinin müşaviri ukraynalılara “qələbə planı” təqdim edəcəyinə söz verdi. O, əsas istiqamətlərin Qərbə təqdim edildiyini bildirdi. Bundan əlavə, Podolyak əmindir ki, Zelenski planı ictimaiyyətə effektiv şəkildə təqdim edəcək, detallar əlavə edəcək və onun Ukrayna üçün əhəmiyyətini izah edəcək.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN